Dərc edilib: 18-07-2020

https://www.nuh.az/25097-.html

Fransanın ikinci böyük kilsəsi yandı - Notr Damdan bir il sonra (VİDEO)

18.07.2020 13:16:55

LIVE

Fransanın Nantes şəhərində (Brittany) Fransanın ən böyük katedrallarından biri olan Müqəddəs Pyotr və Pavel katedralnda yanğın baş verib. 

Qaynarinfo BFMTV-yə istinadla xəbər verir ki, yanğın binanın üst qatında, yerli vaxtla saat 07:30-da (Bakı vaxtı ilə 09:30) başlayıb.
Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları yanğını tez bir zamanda lokallaşdıra biliblər. Hazırda 100-dən çox insan yanğını söndürməyə çalışır.
Atlantik Luar İdarəsi yoldan keçənləri hadisə yerinə yaxınlaşmamağa çağırıb.
Xatırladaq ki, Fransanın əsas kilsəsi Notr-Dam 2019-cu ilin aprelində yanmışdı. Nant Katedralı Notr-Damdan altı metr alçaq və daha gəncdir - inşası XV əsrdə başlayıb və 457 il davam edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib