Dərc edilib: 20-07-2020

https://www.nuh.az/25119-.html

Sabiq nazir Səyavuş Mustafayev saxlanılıb

20.07.2020 16:44:37

Reportaj

Səyavuş Mustafayev saxlanılıb? - İDDİA

İyulun 14-dən 15-ə keçən gecə Azərbaycan ordusuna dəstək aksiyası zamanı bir qrup şəxsin Milli Məclis binasına daxil olması ilə bağlı başlanmış cinayət işi çərçivəsində Naxçıvan MR sabiq daxili işlər nazirinin sabiq müavini Səyavuş Mustayavev də saxlanılıb.

 

Bu barədə Demokrat.az saytı məlumat yayıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunduğu bildirilir.

İstintaq Baş Prokuroruğun İstintaq İdarəsində aparılır.

Bu iş üzrə 10-dan çox şəxs həbs olunub.

Xatırladaq ki, S.Mustafayev 8 il həbs həyatı yaşayıb. Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanı ilə 2002-ci ildə azadlığa çıxıb.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib