Dərc edilib: 21-07-2020

https://www.nuh.az/25122-.html

Ermənistana məxsus PUA-lar məhv edildi

21.07.2020 10:24:12

Region

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib