Dərc edilib: 21-07-2020

https://www.nuh.az/25124-.html

Türkiyədə kafe-restoranlarda iş saatı məhdudiyyəti götürüldü

21.07.2020 14:45:52

Reportaj

Türkiyədə kafe, restoran, çayxana və digər ictimai iaşə obyektlərində iş saatlarına tətbiq olunan məhdudiyyətlər ləğv olunub.


"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi sərəncam imzalayıb. Sərəncam 81 vilayətə göndərilib.

Bildirilib ki, sərəncama əsasən, ictimai iaşə obyektləri ümumi qaydalarda və lisenziyalarda göstərilən müddətlərdə fəaliyyət göstərə biləcəklər. Qərar bu gündən qüvvəyə minib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib