Dərc edilib: 22-07-2020

https://www.nuh.az/25138-.html

İqtisadçı: ABŞ Dağlıq Qarabağ azərbaycanlılarına yardım edəcək

22.07.2020 14:57:34

Müsahibə

ABŞ Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır.

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu ABŞ Konqresinin Qaydalar Komitəsinin 296 saylı düzəlişini şərh edərkən deyib.
"ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyərək 296 saylı düzəlişi qəbul edilib.  Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir".
Qubad İbadoğlunn fikrincə, Qəbul olunmuş sənəd birmənalı olaraq, Azərbaycanın xeyrinədir:
"Birincisi, ABŞ son 2 ildə Ermənistana, xüsusən də Dağlıq Qarabağ ermənilərinə olan yardımları minimumlaşdırıb, Azərbaycana  hərbi yardımlar edir. Qəbul olunmuş imkan verir ki, bundan sonra  Dağlıq Qarabağ  azərbaycanlıları münaqişədən əziyyət çəkmiş köçkünlər kimi tanınsınlar və onlara da ABŞ qanunvericiliyinə uyğun yardım edilsin. Bir sözlə  ABŞ DQ ermənilərinə yardımı dayandırıb, Dağlıq Qarabağ azərbaycanlılarına yardım etmək üçün hüquqi baza formalaşdırır. Buna sevinmək lazımdır. Xalqımızı və bu işdə az da olsa əməyi olan ADR Hərəkatını da təbrik edirəm. Xatırladım ki, ADR Hərəkatı bununla əlaqədar olaraq ABŞ nümayəndələr palatasının üzvlərinə müraciət məktubu göndərmiş və onlara ermənilərin təklif  etdiyi düzəlişə səs verməməyə çağırmışdı".

NUH informasiya agentliyi səhifəsindən çap edilib