Dərc edilib: 24-07-2020

https://www.nuh.az/25154-.html

Bu simptomlar olan şəxslər xəstəxanaya yerləşdirilməlidir

24.07.2020 09:27:07

Hadisə

“Nəfəs darlığı, təngənəfəslik və hərarətin 38-dən yuxarı olması artıq pasiyentlə bağlı həkim üçün həyəcan siqnalı deməkdir. Xəstə mütləq xəstəxanaya yerləşdirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu AzTV-də yayımlanan “Hədəf” verilişində Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova deyib:

“Evdə vətəndaş özündə hansısa simptomları müşahidə edirsə, dərhal sahə həkiminə müraciət etməldir. Əgər poliklinikasını tanımırsa və heç bir yerdə qeydiyyatda deyilsə, 814 nömrəli çağrı mərkəzinə müraciət edir. Çağrı mərkəzi onu faktiki yaşadığı ünvana aid poliklinikaya yönəldir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib