Dərc edilib: 25-07-2020

https://www.nuh.az/25164-.html

İsmayılov özündən 22 kq ağır rus döyüşçünü nokauta saldı

25.07.2020 10:31:46

İdman

Rusiyanın müsəlman “MMA” döyüşçüsü Maqomed İsmayılov keçən ilin sonlarından savaşa çağırdığı, ancaq “COVID-19” pandemiyası səbəbindən üç ay sonra Soçidə qarşılaşdığı görüşdə həmyerlisi Aleksandr Yemelyanenkonu məğlub edib.


Moderator.az-ın “Eurosport”a  istinadla verdiyi xəbərə görə, “ACA 107” turniri çərçivəsində gözlənilən ən maraqlı qarşılaşmada dağıstanlı  İsmayılova qələbə qazanmaq üçün üç raund kifayət edib. Bu müddətdə o, üstünlüyünü qoruyub. Mübarizədəki son nöqtəni isə  İsmayılov texniki nokautla qoyub.


Görüntülərdə müsəlman savaşçısının yerə uzanmış və qana boyanmış rəqibini döydüyü anda hakimin mübarizəni necə dayandırdığı görünür.

Şərhçilər döyüşçülər arasında ciddi çəki fərqini vurğulayıblar. Belə ki, Yemelyanenko rəqibindən 22 kiloqram ağırdır.


Xatırladılır ki,  Maqomed İsmayılov “ACA” orta çəki çempionudur. Yemelyanenko ilə hazırkı döyüşün nəticəsini də nəzərə alsaq, o, 2 məğlubiyyət və 1 heç-heçə ilə artıq 16 qələbə qazanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib