Dərc edilib: 25-07-2020

https://www.nuh.az/25167-.html

Kiyevdə ermənilər tələbələrimizi güllələdi...

25.07.2020 15:01:44

Kriminal

Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbə ermənilər tərəfindən güllələnib.

 

Bu barədə Hit.Az-a Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli məlumat verib. 

Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib. İ.Camalbəyli bildirib ki, Azər Abbasov və Nicat Kərimov adlı tələbələrimiz yaralanıb.

Onlardan biri 1990, biri 2000-ci il təvəllüdlüdür. Tələbələr Kiyevin Milli Texnologiya Dizayn Universitetində təhsil alırlar. 

Hadisə Kiyevin mərkəzindəki Kanavaltse, 36 V küçəsində, “Monte Kiddi Kapuletti” restoranı yaxınlığında baş verib. 

Azərbaycanlı gənclərə yaxınlaşan ermənilər son təxribatlarla bağlı replikalar atıblar, təxribata çəkiblər, mübahisə düşüb. 

 

Bundan sonra 50RV100 erməni nömrəli nişanlı "Mercedes Gelandewagen”dən tələbələrə atəş açılıb. İki tələbə ayağından yaralanıb,  xəstəxanaya yerləşdiriliblər. 

Onların vəziyyəti orta stabil qiymətləndirilir. Jurnalistin sözlərinə görə, Ukraynadakı səfirimiz Elmira Axundova, konsulluq əməkdaşları, jurnalistlər tələbələrə baş çəkiblər. Hazırda cinayəti törədən şəxslər polis tərəfindən axtarılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib