Dərc edilib: 27-07-2020

https://www.nuh.az/25184-.html

Aya Sofya qərarı buna görə dünyanı qorxutdu - Raysuni

27.07.2020 09:01:04

Region

Aya Sofyanın yenidən ibadətə açılmasının Türkiyə, islam və xristanlıq üçün bir çox müsbət tərəfləri var.

Axar.az xəbər verir ki, bu sözləri Dünya Müsəlman Alimləri Birliyinin sədri Əhməd ər-Raysuni deyib.

"Bəzi tərəflərin Aya Sofyanın yenidən ibadətə açılmasına görə narahat olmasının siyasi və ideoloji səbəbləri var. Onlar Türkiyənin güclənməsindən, regionda aparıcı gücə çevrilməsindən narahatdırlar”, - o bildirib.

Raysuni qeyd edib ki, Aya Sofyanın məscid kimi fəaliyyətə başlaması Əqsa məscidinin azadlığa qovuşmasının işarəti ola bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib