Dərc edilib: 30-07-2020

https://www.nuh.az/25226-.html

Bu ölkədə 1 nəfər də koronavirusa yoluxmayıb SIRR

30.07.2020 09:53:04

İdman

Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisində koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin dövlət orqanı "Rodong Sinmun” məlumat yayıb.
Ötən gün KXDR-in qərbində yerləşən Kanxvado adası ərazisində yerli gənclərdən birinin COVID-19 virusuna yoluxması ilə bağlı məlumatlar yayılmışdı. Şimali Koreyanın Epidemiya ilə mübarizə təşkilatı açıqlayıb ki, KXDR-ə qayıtmış gəncin koronavirus analizləri onun infeksiyaya yoluxduğunu deməyə əsas vermir.
Bununla belə yerli hakimiyyət virusa yoluxduğu şübhə edilən gəncin əlaqədə olduğu şəxsləri müəyyənləşdirməyə başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib