Dərc edilib: 30-07-2020

https://www.nuh.az/25233-.html

Suriyada insan orqanları saxlanılan laboratoriya aşkarlandı

30.07.2020 14:50:20

LIVE

Suriya hərbçiləri yerli terrorçuların insan orqanlarını saxladığı laboratoriya aşkarlayıb. 


“Qafqazinfo” SANA agentliyinə istinadən xəbər verir ki, İdlibin Əl-Qadfa kəndində tapılan evin tibb işçisinə aid olduğu müəyyən edilib. Adı açıqlanmayan həmin şəxs ev şəraitində tibbi laboratoriya yaradaraq orada insan orqanları saxlayıb. 

Evə baxış zamanı şəffaf qablarda xloroform məhluluna qoyulmuş, üzərlərinə kişi və qadın adları yazılan insan orqanları aşkarlanıb. Bundan başqa, laboratoriyada başqa şəxslərin də adı, sağlamlıq vəziyyətləri haqda məlumatlar qeyd edilmiş siyahı tapılıb. 

Qeyd edək ki, Suriyada terrorçuların əsas gəlir mənbələrindən biri insan orqanlarının satışıdır. Onların nəzarət etdiyi ərazilərdə tez-tez insanlar yoxa çıxırlar. Onların orqan satışının qurbanı olduğu ehtimal edilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib