Dərc edilib: 31-07-2020

https://www.nuh.az/25242-.html

AMİP qurultaya hazırlaşır: Sədr kim olacaq?

31.07.2020 00:26:34

İdman

Milli İstiqlal Partiyası qurultaya hazırlaşır.

Bu barədə Qaynarinfo-ya partiyanın sədr əvəzi Arzuxan Əlizadə deyib. O bildirib ki, partiyanın 11-ci qurultayı avqustun 15-də onlayn formatda keçiriləcək.
AMİP sədrliyinə iddalı namizədlərə gəlincə, Arzuxan Əlizadə dedi ki, bu günə kimi yalnız bir nəfərin namizədliyi irəli sürülüb:
"Mən özün namizədliyimi verməklə bağlı qərar vermişəm. Hələ ki, əlavə müraciət edən yoxdur. Digər müraciətləri də gözləyirik".
Qeyd edək ki, Milli İstiqlal Partiyasının X qurultayı 10 iyul 2010-cu ildə  keçirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib