Dərc edilib: 01-08-2020

https://www.nuh.az/25259-.html

96 yaşında universitet məzunu oldu - Fotolar

01.08.2020 10:22:55

LIVE

İtaliyada yaşayan və İkinci Dünya Müharibəsinin iştirakçısı olan Giuseppe Paterno ən yaşlı məzun statusunun sahibi olub. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 96 yaşlı Giuseppe Palermo Universitetinin tarix və fəlsəfə fakültəsini bitirib. 

Məzuniyyət tədbirində çıxış edən G. Paterno müəllimlərinə təşəkkür edib və kitabları çox sevdiyini bildirib. “Bilgi hər zaman yanımda daşıdığım bir xəzinədir”,- deyə ən yaşlı məzun vurğulayıb. 

Qeyd edək ki, Sicilyada dünyaya gələn Giuseppe evlidir, iki övladı var. 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib