Dərc edilib: 01-08-2020

https://www.nuh.az/25265-.html

Serbiya Ermənistana silah ixracına çoxdan icazə verir - ETİRAF

01.08.2020 12:20:17

Müsahibə

2017-ci ildən bəri Serbiya Vectura trans, Partizan tech və Zastava oružje firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

 

HİT.Az Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

 

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.

"Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın",- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib