Dərc edilib: 02-08-2020

https://www.nuh.az/25291-.html

Monqol xanları arasında İslam dinini qəbul etmiş ilk şəxs kimdir ?

02.08.2020 19:21:09

LIVE

Monqol xanları arasında İslam dinini qəbul etmiş ilk şəxs kim olmuşdu?

Tarixi məlumatlara görə, monqolların İslam dini ilə tanışlığı onların müsəlman məmləkətlərinə hücumları zamanı baş vermişdir. Artıq Çingizxanın nəvəsi Mengu-xaqanın (Hülakunun qardaşının) hakimiyyəti dövründə (1254-cü il) paytaxt Qaraqorumda iki məscid var idi. Lakin monqol xanları bir müddət öz ənənəvi əqidələrində (şamanizm) qalmağa üstünlük verdilər. İlk dəfə Çingizxanın nəvəsi, Cuçi Ulusunun (Qızıl Ordanın) böyük xanı Berke xan (Batı xanın qardaşı) İslam dinini qəbul edərək müsəlman oldu. Bu hadisə 1240-cı illərə təsadüf etmişdir. Berke xandan sonra hakimiyyət sürmüş müxtəlif monqol uluslarının xanlarının bəziləri müsəlman olmuş, bəziləri xristianlığı qəbul etmiş, bəziləri əcdadlarının əqidəsində qalmışlar.

Yaxın Şərqdə, o cümlədən, Azərbaycan ərazisində hakimiyyət sürmüş Elxanilər dövlətinin hökmdarları arasında ilk dəfə Qazan xan İslam dinini qəbul etmişdir (1295-ci il). Müsəlman olduqdan sonra o, Mahmud adını qəbul etdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib