Dərc edilib: 03-08-2020

https://www.nuh.az/25298-.html

Ramiz Mehdiyevə MƏHKƏMƏ-dən ilk zərbə - QƏTNAMƏ

03.08.2020 01:01:01

Maqazin

Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.


Bu barədə Gununsesi.info-ya adıçəkilən rayondan verilən xəbərdə bildirilir.

Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçimişdi.

 

 

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb.

Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, İlham Əliyev bu torpaq sahələrini  “Turaz” və “Dosluq” MMC adı ilə ələ keçirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib