Dərc edilib: 03-08-2020

https://www.nuh.az/25299-.html

Gürcüstanda 1 sutkada 6 nəfərdə koronavirus aşkarlandı. Bəs bizdə..

03.08.2020 09:48:02

LIVE

Gürcüstanda son sutka ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.


Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 177-yə yüksəlib, bu virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 955 nəfər sağalıb. Ölkədə 205 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib