Dərc edilib: 04-08-2020

https://www.nuh.az/25310-.html

Fəttah Heydərov vəfat etdi

04.08.2020 09:53:17

Mədəniyyət

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.


 "BakuPost"   xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib.

Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.

1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. 1995-ci ildən isə bütün çağırışlarda Azərbaycan Milli Məclisinin deputatı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib