Dərc edilib: 04-08-2020

https://www.nuh.az/25311-.html

Rusiya Belarusdan tələb edir

04.08.2020 10:07:59

Dünya

Rusiya Belarusda saxlanılan vətəndaşlarının azad edilməsində israr edir.

 

“Qafqazinfo” “Rosbalt.ru”ya istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd edilib ki, RF XİN başçısının müavini Andrey Rudenko Belarusun Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Semaşko ilə görüşüb. Rusiya XİN-dən bildiriblər ki, “əsassız və uydurma bəhanə ilə Rusiya vətəndaşlarının həbsi iki ölkə və xalqlar arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir”.

Rusiyanın Belarusdakı konsulu Kirill Pletnyov isə "Rossiya-1" telekanalında bildirib ki, saxlanılan şəxslər Minskdən keçməklə İstanbula, oradan isə Latın Amerikası ölkələrindən birinə getmək istəyiblər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın “Vaqner” özəl hərbi qrupunun döyüşçüləri Belarusda saxlanılıb. Onların barəsində “Terror aktının hazırlanması” maddəsi ilə cinayət işi açılıb. Belarus İstintaq Komitəsindən bildirilib ki, saxlanılanlar respublikalarda kütləvi iğtişaşların təşkilində şübhəli bilinirlər. Moskva isə bildirib ki, Rusiya vətəndaşlarının respublikada daxili siyasi proseslərə aidiyyatı yoxdur.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib