Dərc edilib: 06-08-2020

https://www.nuh.az/25332-.html

Xalq artistindən etiraf: “ Arvadımın əri rus generalıdır ”

06.08.2020 00:40:25

LIVE

Xalq artisti Cavan Zeynallı şəxsi həyatı ilə bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, müğənni "5/5’ verilişində bir övladı olduğunu söyləyib. O bildirib ki, 1972-cı ildə Rusiyada ailə qurub və orada uşağı olub:
"Beş il Moskvada yaşamışam və orada ailəli olmuşam. Həmin xanımdan bir qızım var. İndi onlar Finlandiyaya köçüblər. Röya xanımla (hazırki həyat yoldaşı - red.) övladımız yoxdur. Həmin qadın rus generalla ailə qurdu. O da Finlandiya sərhədində rəhbər vəzifədə idi. Telefonla danışırıq, Bakıya gələcəklər. Röya da çox istəyir, deyir, gəlsinlər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib