Dərc edilib: 06-08-2020

https://www.nuh.az/25335-.html

“Aqrar tədarük və təchizat”ın 1 MILYONLUQ dəftərxana xərci

06.08.2020 09:53:13

LIVE

"Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Dəftərxana və təsərrüfat malları"na 864.993 manat xərcləyəcək.

 

Qlobal.az xəbər verir ki, "Aqrar tədarük və təchizat” ASC-nin ötən gün "Dəftərxana və təsərrüfat malları"nın satın alınması lotu üzrə sifarişçi olduğu 864.993 manatlıq tenderin qalibi "A 4 Plaza" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Nizamnamə kapitalı 10 manat olan "A 4 Plaza" 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur. Qeyd edək ki, "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ilin dekabr ayında Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. 

Fərmana əsasən "Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir. Hazırda Cəmiyyətin İdarə Heyətinin sədri Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Aqil Quliyevdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib