Dərc edilib: 06-08-2020

https://www.nuh.az/25339-.html

Prezidentdən AZAL-a tənqid: "Bəs, bunun gəliri haradadır?"

06.08.2020 22:57:43

LIVE

"AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir?" 

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü müşavirədə çıxışı zamanı deyib.
"Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"- deyə Prezident bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib