Dərc edilib: 07-08-2020

https://www.nuh.az/25344-.html

Ermənistana məxsus daha bir PUA məhv edildi

07.08.2020 08:48:20

LIVE

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib