Dərc edilib: 09-08-2020

https://www.nuh.az/25374-.html

Belarusda prezident seçkiləri keçirilir

09.08.2020 13:05:44

Dünya

Bu gün Belarusda prezident seçkiləri keçirilir.

APA-nın məlumatına görə, prezident postuna 5 iddialı var.
Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, "Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Seçkilərdə qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsini toplamaq lazımdır.  Ölkədə ümumilikdə səsvermədə hüququna malik 6,8 milyon insan var. 5,5 mindən çox seçki məntəqəsi saat 20.00-da bağlanacaq. Seçki məntəqələrinin 44-ü xaricdə yerləşir. Seçkiləri 52 beynəlxalq müşahidəçi izləyir.
Qeyd edək ki, avqustun 4-dən 8-dək erkən səsvermə keçirilib və erkən səsvermədə seçicilərin 32,24 faizi iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib