Dərc edilib: 09-08-2020

https://www.nuh.az/25375-.html

Beyrutda etirazçılar XİN-in binasına daxil oldu

09.08.2020 13:27:28

LIVE

Livanın paytaxtı Beyrutda etirazçılar Xarici İşlər Nazirliyinin binasına daxil olublar.


"Qafqazinfo" "TASS"a istinadən xəbər verir ki, etirazçılar Xarici İşlər Nazirliyinin binasını öz qərargahları elan ediblər.

Bildirilir ki, hazırda binanın qarşısında polis əməkdaşları var və onlar etirazçılarla danışıqlar aparırlar.

"Sky News Arabia"nın məlumatına əsasən, etirazçılar Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına da daxil olmağa çalışırlar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib