Dərc edilib: 09-08-2020

https://www.nuh.az/25376-.html

Gürcüstanda işıq və QAZ pulsuz olacaq - Bəs Azərbaycanda

09.08.2020 13:48:06

İqtisadiyyat

Gürcüstan hökuməti vətəndaşların işıq və qaz pulunu daha 4 ay ödəyəcək

Gürcüstan hökumətinin qərarı ilə vətəndaşların kommunal xərclərinin dövlət hesabına ödənilməsi qış aylarında da davam edəcək.

Bu barədə baş nazir Giorgi Qaxaria bildirib.

 

Onun sözlərinə görə, ödənişlər noyabr, dekabr, yanvar və fevral aylarını əhatə edəcək:

“Ay ərzində 200 kilovatt elektrik enerjisi və 200 kub metr təbii qaz istehlak edən vətəndaşların 4 aylıq xərcləri tam maliyyələşdiriləcək”.(newsbureau.ge)

NUH informasiya agentliyi səhifəsindən çap edilib