Dərc edilib: 10-08-2020

https://www.nuh.az/25395-.html

DANX-ya yeni rəis müavini təyin edildi

10.08.2020 23:22:52

Maraqlı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat olub.


“Qafqazinfo” xəbər verir ki, Fərid Bağırov DANX-ya yeni rəis müavini  təyin edilib.

Qeyd edək ki, F. Bağırov 2000-ci ildən Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib