Dərc edilib: 11-08-2020

https://www.nuh.az/25404-.html

Ceyhun Bayramov Çavuşoğlu ilə bir arada

11.08.2020 14:46:01

Dünya

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında məlumat və fotolar paylaşılıb.

***

XİN rəhbərlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü keçirilib. Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

***

Daha sonra Xarici İşlər nazirləri mətbuat brifinqi keçiriblər.

 

 






 

NUH informasiya agentliyi səhifəsindən çap edilib