Dərc edilib: 12-08-2020

https://www.nuh.az/25407-.html

Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü

12.08.2020 07:47:23

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici işlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Prezident İqamətgahında keçirilən qəbulda C. Bayramov Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı Ərdoğanı məlumatlandıracaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib