Dərc edilib: 13-08-2020

https://www.nuh.az/25423-.html

İlham Əliyev Putinlə telefonda danışdı

13.08.2020 07:48:10

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

“Qafqazinfo” bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Rusiya-Azərbaycan tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib. İ.H.Əliyev V.V.Putini koronavirus infeksiyasından Rusiya vaksininin qeydiyyata alınması münasibətilə təbrik edib”, - məlumatda deyilir.

Liderlər, həmçinin iyulda Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematikaya dair fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan istənilən hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib