Dərc edilib: 13-08-2020

https://www.nuh.az/25425-.html

Türkiyədə məktəblər bu tarixdə açılir

13.08.2020 08:08:49

Hadisə

Türkiyədə məktəblər avqustun 31-də açılacaq.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.
"Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq”, - deyə o əlavə edib.
Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib