Dərc edilib: 13-08-2020

https://www.nuh.az/25429-.html

Anar Kərimov Baş prokurorun qardaşını işdən çıxardı (FOTO)

13.08.2020 14:31:56

LIVE

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi davam edir.
 unikal.org  xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov yaş həddinə görə nazirliyin Aparat rəhbəri Fikrət Babayevi öz ərizəsi ilə işdən azad edib.
Qeyd edək ki, Fikrət Babayev sabiq Baş prokuror Murad Babayevin qardaşıdır. O, 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib