Dərc edilib: 15-08-2020

https://www.nuh.az/25448-.html

Tualetdə 2 metr məsafə qorunmalıdır

15.08.2020 14:24:35

LIVE

"Kafe-restoranlarda sanitar qovşaqla bağlı xüsusi qeyd yoxdur".


Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, iaşə müəssisələrində müəyyən tələblər müəyyənləşdirilib:"Sanitar qovşaqla bağlı xüsusi qeyd yoxdur. Nazirlər Kabinetinin qərarlarında qapalı məkanda ara məsafəsinin qorunması tələbi var. Sanitar qovşaqların fəaliyyətinə qadağa yoxdur, sadəcə burada 1,5-2 metr məsafə qorunmalıdır".

NUH informasiya agentliyi səhifəsindən çap edilib