Dərc edilib: 15-08-2020

https://www.nuh.az/25455-.html

“Poroşenko dövlət çevrilişi hazırlayır” - Ukraynalı deputat

15.08.2020 20:34:50

Region

Ukrayna Ali Radasının deputatı İlya Kiva bildirib ki, ölkənin eks-prezideni Petro Poroşenko avqustun 24-də - ölkənin Müstəqillik günündə dövlət çevrilişi cəhdi hazırlayır. “Qafqazinfo” bildirir ki, bu barədə “gazeta.ru” xəbər verib.

Parlamentari qeyd edib ki, milli qruplaşmaları maliyyələşdirən Poroşenko hakimiyyətlə gərginlik və qarşıdurma yaradacaq yürüş keçirmək niyyətindədir, hər şey isə inqilabla bitəcək.

Kivanın sözlərinə görə, Müstəqillik günü təsadüfən seçilməyib — bayram zamanı Kiyev küçələrində istənilən kütləvi aksiya keçirmək mümkün olacaq.

 

İlya Kiva

“Poroşenko bir neçə inzibati binanı, bəlkə də, prezidentin ofisini ələ keçirməyə, vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini tələb etməyə çalışacaq", — deyə “Müxalifət platforması - Həyat uğrunda” Partiyasından olan deputat bildirib.

Kivanın sözlərinə görə, inqilabi komandaya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksandr Turçinov və “Sağ sektor” təşkilatının sabiq rəhbəri Dmitri Yaroş daxil olub.

Dövlət çevrilişinə cəhd edəcək döyüşçülərə, daha dəqiq desək, Ukrayna Milli Qvardiyasının “Azov” könüllü alayının üzvlərinə bir neçə milyon dollar ayrılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib