Dərc edilib: 16-08-2020

https://www.nuh.az/25461-.html

Rusiya Belorusa müdaxilə etməyə hazırdı

16.08.2020 08:52:06

Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya onların ilk sorğusunda respublikaya kömək etməyə hazırdır.

 

 “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

Belarus liderinin sözlərinə görə, son telefon danışığı zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə bu barədə razılığa gəlib.

Lukaşenkonun dediyinə görə, belarusların təhlükəsizliyinin təmin edilməsi üçün Moskva tərəfindən hərtərəfli yardım göstərilə bilər.

“Məni hətta bir qədər təəccübləndirdi — Putin tamamilə baş verənlərdən xəbərdardır”, - o deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib