Dərc edilib: 16-08-2020

https://www.nuh.az/25462-.html

İsa Qəmbərdən Eldar Həsənovun həbsinə reaksiya

16.08.2020 09:06:30

Cəmiyyət

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər hakimiyyət Eldar Həsənovun həbsini korrupsiya əməlləri ilə bağlayır, amma hakimiyyətdə korrupsiyaya bulaşmamış kimsə olmadığı üçün bu həbsin əsas səbəbi rejimin hakimiyyətdaxili yenilənmə xəttinə daha əlverişli şərait yaratmaq istəyi ola bilər.

 

“Biz MSDM olaraq prosesi diqqətlə müşahidə edirik” – MSDM sədri qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib