Dərc edilib: 17-08-2020

https://www.nuh.az/25484-.html

Azərbaycanda dəhşət: Polisin başı bədənindən ayrıldı - VİDEO FOTOLAR

17.08.2020 11:37:13

Reportaj

Azərbaycanda dəhşətli qəzada polisin başı bədənindən ayrıldı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan  1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. Dəhşətli qəza zamanı Elnur Çağırovun başı bədənindən qopub, qızın isə cəsədi tanınmaz vəziyyətə düşüb.

Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb. 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib