Dərc edilib: 17-08-2020

https://www.nuh.az/25490-.html

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

17.08.2020 22:26:47

Cəmiyyət

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir. 


"Qafqazinfo" xəbər verir ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə  bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq. 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib