Dərc edilib: 18-08-2020

https://www.nuh.az/25495-.html

Tramp Ərdoğanı dünya miqyaslı şahmatçı adlandırdı

18.08.2020 07:57:37

Maqazin

ABŞ Prezidenti Donald Tramp türkiyəli lider Rəcəb Tayyib Ərdoğanı dünya miqyaslı şahmatçı adlandırıb. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə siyasətçi “Fox News” telekanalının efirində deyib.


Tramp prezident seçkilərindəki rəqibi Co Baydeni sərt tənqid edib. Onun sözlərinə görə, Bayden bəzi çox ağıllı dünya liderlərinə çata bilməz.

“Bəzi ölkələrdə dünya miqyasında şahmatçı olan liderlər var. Məsələn, Türkiyə Prezidenti Ərdoğan. Bu kontekstdə sizin hətta harada olduğunu bilməyən və zirzəmidən çıxmağı və danışmağı bacarmayan prezidentiniz (Bayden-red.) ola bilməz”, - Tramp deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, o, Prezident Ərdoğanla “çox yaxşı yola gedir” və bir çox digər liderlər “Türkiyə Prezidentinin onun sözünə baxdığını” düşünərək onun Ərdoğana zəng etməsini xahiş edirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib