Dərc edilib: 18-08-2020

https://www.nuh.az/25498-.html

100 minlik rüşvət qalmaqalında adı hallanan “Hafka”dan açıqlama

18.08.2020 10:35:29

Müsahibə

“Hafka” ləqəbli tanınmış iş adamı Hafiz Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevlə adının hallanmasına münasibət bildirib. 

 


H. Məmmədov “MediaPost”a açıqlamasında İsmayıl Kəngərlinin onun vəkili olduğunu təsdiqləyib və daha sonra yayılan məlumatlara aydınlıq gətirib.

“Guya yazırlar ki, tələbkar olduğum qətnamənin icrası ilə bağlı generala 100 min manat pul vermişəm. Həqiqətən, mən bu məsələlərdən məlumatsızam. Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz. Bizim kiminlə problemimiz var ki? İsmayıl Kəngərli özü də bu məsələ ilə bağlı aydınlıq gətirib”, - deyə o, bildirib. 

Hafiz Məmmədov general Nürəddin Mustafayevlə şəxsi münasibətlərinin olub-olmamasından da danışıb: “Şəxsi tanışlığım yoxdur. Onun harada işlədiyini bilirdim, kim olduğunu yaxşı tanıyıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib