Dərc edilib: 18-08-2020

https://www.nuh.az/25501-.html

“Bandotdel” Bakıda kriminal aləmin “sxodka”sına basqın etdi

18.08.2020 22:35:47

Kriminal

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib. Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb. Hazırda əməliyyat tədbirləri davam etdirilir. 

“Qafqazinfo” hadisə barədə DİN-in Mətbuat xidmətindən açıqlama almağa çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib