Dərc edilib: 19-08-2020

https://www.nuh.az/25504-.html

Əbulfəz Elçinbəyə alkaş deyənlər....

19.08.2020 14:06:55

Müsahibə

Iki gündür oxuyuram statusları, ziyalı adlandırılan şəxs haqqında. İctimai yükü nədir deyə qarışmayım fikirləşdim, amma sonra yazım bu haqqda dedim.

Kəramətə niyə ziyalı deyirsiniz, onun ziyalılığı, fəaliyyətinin cəmiyyətə faydası nədir ? Nə öyrənir ondan cəmiyyət ?

Əbülfəz Elçibəyə alkaş dediyinə görə, tələbə qızlara həsr etdiyi əxlaqsız şeirə görə, həsr etməsi bir yana günün birinci yarısı tv-lərdən səsləndirməsinə görə ?

Paketini aldığı adamlara xoş gəlmək onların bəyənmədiklərini söydüyünə görə ?

Elçibəyi söyəndə onu mükafatlandıranlar bilmirdilər ki, davamı gəlməyəndə bu tərəfi də söyəcək ?

İndi də Kəramət kimilərinin, onları dəsətəkləyənlərin sayəsində söyənlər bazarı o qədər böyüyüb ki, inciməsinlər, hamısına pul çatdırmaq olmur...

Mən həmişə fikirləşirəm ki, ermənilərlə bizim fərqimiz nədədir ki, ermənilər harda olur olsun sadəsi də, ziyalısı da öz dövlətləri üçün yorulmadan-usanmadan külüng döyür ?

Son illər mən bunun cavabını almışam, ermənilər heç vaxt öz müstəqillik tarixində milli hərəkat simalarını söyənləri ziyalı adlandırmaz, 2500-3000 maaş verib, diğərlərini də söyməyə təşviq etməz.

Ermənilər Şəhidlərinin bədəni torpaqda soyumamış "mənim oğlum vətənə niyə borclu olsun" yazıb onların şəhidliyinin məqsədə uyğunluğunu sorqu-sual edənə ziyalı deməz.

Onu like edənlər o satusu oxuyan şəhid uşaqlarının, şəhid valideynlərinin nə hiss etiklərini fikirləşdilərmi heç ?

Keçən ay Tovuzda gərginlik günlərində, bir axşam bir şəhid oğlunun günlərlə yadımdan çıxmayan yazısını oxudum, "İndi hamı tərifləyir amma Atamız şəhid olandan sonra anamızla qapılarda qaldıq, qapılarda böyüdük" yazmışdı.

Dünən DİN-in Kəramətin saxlanması ilə bağlı bəyanatını oxudum, təxminən "qorumaq üçün saxlamışıq " kimi səslənir.

Kəramət kimilərini qorumaq lazım deyil, onların nəyin qoruyacaqsınız ? bizi də öldürməsinlər deyə canından keçən oğulların uşaqlarını, valideynlərini qorumaq lazımdır.

Onlar qapılarda böyüməsin deyə onlara dəstək vermək lazımdır.

P.S. Əbulfəz Elçibəyə alkaş deyənin özünün alkaş olması özü bir Allahın ədalətdir !!!!
Yegana Hajiyeva
Teref.az

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib