Dərc edilib: 19-08-2020

https://www.nuh.az/25508-.html

Murad Köhnəqala həbs edildi

19.08.2020 15:38:00

LIVE

Şair Murad Köhnəqala da saxlanılıb.

Bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk Arqument.az-a məlumat verib.

O bildirib ki, dünən günorta saatlarından Murad Köhnəqaladan məlumat ala bilməyib.

Yoldaşı deyir ki, Murad Köhnəqalanı 28-ci polis bölməsində görüblər.

"Dünən danışdım, şəhərdə idi. Günortadan sonra əlaqə saxlamaq mümkün olmadı. Murad ayın 16-17-də Kəramətlə qalıb. Kəramət canlı yayıma çıxanda valideynləri zəng edib ondan xahiş ediblər ki, Kəraməti dayandırsın. Kəramətlə aralarında mübahisə yaranıb, Kəramət söyüb Muradı. Murad da onun evini tərk edib. İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”, - Şəlalə Göytürk deyib.
 
Daxili İşlər Nazirliyi və Bakı Baş Polis İdarəsinin mətbuat xidmətləri arqument.az-a Murad Köhnəqalanın saxlanılmasından məlumatsız olduqlarını deyiblər.

Xatırlatma

Avqustun 18-də yazıçı Kəramət Böyükçöl canlı yayıma çıxdığına görə saxlanılıb.

Polis onun qonşuların şikayəti əsasında saxlandığını açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib