Dərc edilib: 19-08-2020

https://www.nuh.az/25509-.html

Eldar Həsənov apellyasiya şikayəti verdi

19.08.2020 16:57:10

Maraqlı

Həbsdə olan sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.

 

Bu barədə APA-ya E.Həsənovun vəkili Adil İsmayılov bildirib. Vəkilin sözlərinə görə, Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən E.Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib