Dərc edilib: 20-08-2020

https://www.nuh.az/25515-.html

Lotu Quli ÖLDÜRÜLDÜ - Qətlin təfərrüatı (FOTO)

20.08.2020 08:12:40

Kriminal

Nadir Səlifov aldığı xəsarətlərdən dünyasını dəyişib.

* * *

Nadir Səlifov kriminal aləmin digər üzvü, milliyyətcə azərbaycanlı olan, "Xan" təxəllüsü ilə tanınan şəxs tərəfindən vurulub. Haqqin.az xəbər verir ki, təcavüzkar Türkiyə polisi tərəfindən tutulub.

* * *

Tanınmış azərbaycanlı cinayət patronu, yeraltı dünyada Lotu Quli kimi tanınan qanuni oğru Nadir Səlifov ağır yaralanıb. Azeri Daily qəzetinin verdiyi məlumata görə, avqustun 20-si gecə yarısında N.Səlifov tapançadan dörd nöqtə boşaldılması nəticəsində ağır yaralanıb.

Hadisə, Türkiyənin kurort şəhəri Antalya şəhərində baş verib. Hal-hazırda N.Səlifov şəhər klinikasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib