Dərc edilib: 20-08-2020

https://www.nuh.az/25520-.html

Deputat seçicisinin səsi və dostu olmalıdır

20.08.2020 13:19:40

LIVE

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında deputatların qarşısında duran vəzifələrdən bəhs edərkən bildirdi ki, “siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız.”

 

Dövlətimizin başçısının bu tövsiyəsinin məzmun və mahiyyətindən irəli gələrək 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilmiş Elman Nəsirov hər zaman seçicilərinin yanındadır, onların üzləşdiyi problemlərin həll olunması istiqamətində əməli addımlar atır.

 

Bu ilin quraqlıq keçməsi sahibkarlar üçün ciddi su qıtlığı problemi yaratmışdı. Millət vəkili Elman Nəsirovun sahibkarlarla sıx təmasları və onalrı narahat edən su qıtlığı probleminin aradan qaldırılması istiqamətində vaxtında atdığı addımlar sayəsində Cəlilabadda bu məsələ ilə bağlı vəziyyət daha qənaətbəxş olmuşdur. Cəlilabadlı 40 nəfərdən artıq iş adamının imzası ilə deputat Elman Nəsirova ünvanlanmış təşəkkür məktubu da deyilənləri təsdiqləyir. Bundan savayı, Cəliabad rayonunun Boyxanlı ərazi icra nümayəndəliyinə daxil olan 7 kəndin və hərbi zastavanın davamlı elektrik enerjisi ilə təmin olunması ilə bağlı kənd sakinlərinin deputata ünvanladıqları müraciət dərhal nəzarətə götürüldü və bu istiqamətdə cidddi addımlar atılmağa başlandı. Bu kəndlərdə keçən əsrin 60-cı illərində quraşdırılmış elektrik dirəkləri, məftilləri və tranfformatorları bərbad vəziyyətdə idi. Elman Nəsirovun “Azərışıq” ASC-nin Sədri Vüqar Əhmədov ilə apardığı danışıqlar və bu qurumun rəhbərliyinin qaldırılan problemə həssas və məsuliyyətli yanaşması konkret nəticələr verməkdədir. Kənd sakinləri görülmüş işlərdən məmnun qaldırdıqlarını bildirir, dövlətimizn rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.
Bu günlərdə Elman Nəsirov deputatı olduğu Cəlilabad rayonunun bir sıra kəndlərində növbəti uğurlu təşəbbüslərlə çıxış edmişdir. Belə ki, Cəlilabad şəhərində, habelə rayonun Əliqasımlı, Ocaqlı, Qarazəncir, Alar və Gülməmmədli kəndlərində sakinlərlə pandemiya şəraitində karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi ilə bağlı marifləndirmə işi aparılmış, ehtiyacı olan 500 nəfərə pulsuz maska paylanmışdır. Bu askiyanın təşkili prosesinə Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov xüsusi dəstək vermişdir. Eyni zamnada rayon polis idarəsinin əməkdaşları, deputatın köməkçisi Elmar Ağayev və informasiya-press.com saytının müxbiri Nərgiz Abbasova aksiyanın baş tutmasında yaxından istirak etmişlər.
Eyni zamanda deputat Elman Nəsirovun təşəbbüsü və dəstəyi ilə köməkçisi və sayt müxbiri rayonun Sabirabad kənd sakini, Qarabağ qazisi İsmət Məmmədovu, Uzuntəpə kənd sakini Samir Əliyevin davamlı müalicəyə ehtiyacı olan 3 yaşlı qızı Sevər Əliyevanı (deputat uşağın müalicə xərclərini üzərinə götürmüşdür), aztəminatlı ailə kateqoriyasından olan Alar kənd sakini Tünzalə Sərxanovanı və tarix fənni üzrə respublika olimpiadasında 3-cü yerin sahibi Şükürlü kənd məktəblisi Vəli Vəliyevi ziyarət etmiş, onlara mənəvi və maddi köməklik göstərmişlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib