Dərc edilib: 20-08-2020

https://www.nuh.az/25528-.html

"Laş Tofiq"i buraxdılar, “Yumurta Kamil”i saxladılar - Foto

20.08.2020 18:49:25

İqtisadiyyat

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhərində yararsız yumurtalar aşkarlayıb.


AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, şəhərin H.B.Zərdabi küçəsi, ev 40 ünvanında qurd və qurd süfrələri ilə sirayətlənmiş, istehlaka yararsız, yararlılıq müddəti ötmüş “Yaşma Quşçuluq” və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin istehsalı olan 84 qutu (bir qutuda 360 ədəd olmaqla, ümumi 30240 ədəd) kəskin iyli, orqanoleptiki göstəriciləri normativ texniki sənədlərin tələblərinə cavab verməyən yumurta aşkarlanıb.

Reyd zamanı özünü “Giləzi Quşçuluq” MMC-nin əməkdaşı kimi təqdim edən Teymurov Kamil Telman oğlunun şirkətin Keşlə qəsəbəsindəki anbarından yumurtaların bu ünvana gətirilərək saxlanması və realizasiyası ilə məşğul olduğu müəyyən edilib.

Qanunvericiliyin tələbləri çərçivəsində yumurtalardan nümunələr götürülərək sınaq aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yayılan məlumatlara görə, həmin şəxs “Yumurta Kamil” ləqəbi ilə tanınırmış.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib