Dərc edilib: 22-08-2020

https://www.nuh.az/25542-.html

Türkiyə tarixində ən böyük qaz yatağı kəşf edildi

22.08.2020 09:57:40

İqtisadiyyat

Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf edib.


“Qafqazinfo” xəbər verir  ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Aparatında kəşf münasibətilə təşkil olunan “Millətə Xitab” çıxışında bildirib.

“Bu uğuru yerli və milli vasitələrlə işlədiyimiz üçün əldə etdik. Bəli, əziz millətim, sevincimizi birlikdə yaşamaq üçün indi xoş xəbərlərimi sizinlə bölüşmək istəyirəm. Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf etdi. “Fatih” qazma gəmimiz sayəsində 320 milyard kubmetr ehtiyata sahib təbii qaz ehtiyatı tapdıq”,- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, sözügedən yataq Türkiyəni 20 il təbii qazla təmin edəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib