Dərc edilib: 23-08-2020

https://www.nuh.az/25558-.html

“Mənim nə borcumadır, Ramiz Mehdiyev nəvəsinə toy edib...mənə aid deyil"

23.08.2020 01:01:36

Cəmiyyət

Xəbər verdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biri olub. 

Cəmiyyətdə və sosial şəbəkələrdə isə bu rəzalətə ziyalıların susmasına təəssüflənirlər və onların məsələyə münasibət bildirməsini tələb edirlər.
Moderator.az-ın əməkdaşı məsələylə bağlı  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara müraciət edib. Yazıçı bir ziyalı kimi məsələnin ona aid olmadığını bildirib:
“Mənim nə borcumadır Ramiz Mehdiyev nəvəsinə toy edib. Xahiş edirəm belə mənasız suallarla mənə müraciət etməyin”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib