Dərc edilib: 23-08-2020

https://www.nuh.az/25574-.html

Ramiz Mehdiyevin nəvələri də saxlanıldı (FOTO)

23.08.2020 17:40:43

Maqazin

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha  17 nəfər cəzalandırılıb.

sfera.az  n xəbər verir ki, cərimələnələr arasında Ramiz Mehdiyevin nəvələri də var. Belə ki, AMEA prezidentinin nəvələri – Kənan Əliyev və Fərid Mehdiyev də xüsusi karantin qaydalarını pozaraq həmin məclisdə iştirak etdiyinə görə, hər biri 400 manat məbləğində cərimə olunublar.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib